Dünya 10:39 20.12.2022

Putin Lukaşenkoya “İskəndər”lər göndərdi, Belarusu “udmayacağına” söz verdi

Rusiya Belarusu "udmaqda” maraqlı deyil.

Qaynarinfo xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Minskə səfəri zamanı bildirib.  

Putin Belarus lideri Aleksandr Lukaşenko ilə 2,5 saatlıq danışıqlardan sonra deyib: "Bu, sadəcə olaraq, məqsədəuyğun deyil”.

2019-cu ildən bəri ilk dəfə Minskə səfər edən Putinin dediyi kimi, Rusiya və Belarus müntəzəm hərbi təlimlər keçirəcək, birgə hərbi texnika istehsal edəcək, birgə hərbi planlaşdırma həyata keçirəcək.

"Hazırda Belarus ərazisində ölkələrimizin birləşmə və hərbi hissələrinin döyüş koordinasiyası üçün tədbirlər həyata keçirilir. Vahid hava hücumundan müdafiə sistemi yaradılıb və döyüş növbətçiliyidədir”, deyə Putin qeyd edib.

Lukaşenko isə öz növbəsində bildirib ki, Rusiya Belarusa S-400, eləcə də raketlərində nüvə başlığına malik ola biləcək "İsgəndər” sistemlərini verib. Onların hər ikisi artıq döyüş döyüş növbətçiliyidədir, deyən Lukaşenko Putinə həm özü, həm də hərbçilər adından "xüsusi təşəkkürünü” ifadə edib.

"Biz Belarus dövlətinin təhlükəsizliyini təmin etməli idik. Siz Belarusu dəstəkləmək üçün qəti və çox mühüm addım atdınız”, Lukaşenko bildirib.

Bundan əlavə, onun sözlərinə görə, Belarus üçün qazın qiymətləri ilə bağlı razılıq əldə olunub, aprel ayından "Qazprom"un tədarükünü rublla ödənişə keçirib. İndi Minsk min kubmetr üçün 128,5 dollar ödəyir. "Gələn il üçün qiymət sabitdir və Belarus üçün sərfəlidir”, deyən Lukaşenko növbəti üç il üçün qiymət mexanizminin də razılaşdırıldığını bildirib.

Nizami Bağırov