Dünya 22:05 18.04.2023

"Putin Zelenski kimi görünmək istəyir" - Litvanın baş naziri

Litvanın Baş naziri İnqrida Şimonite bildirib ki, Rusiya təbliğatı Vladimir Putinin Ukraynanın işğal olunmuş ərazilərinə səfərini Ukrayna lideri Vladimir Zelenski ilə müqayisə etməyə çalışır.

Qaynarinfo xəbər verir ki, bu barədə LRT yazır.

Şimonitenin fikrincə, Rusiya təbliğatı motivasiyasız işğalçı Rusiya ordusunu Putinin səfəri ilə "ilhamlandırmağa” çalışır.

O qeyd edib ki, Rusiyanın aqressiv təbliğatı Putinin Xerson və Luqansk vilayətlərinin işğal olunmuş ərazilərinə səfərinin doğruluğunu qiymətləndirməyi çətinləşdirir.

"Mənə elə gəlir ki, Vladimir Putinin cəbhə xəttinə gedən və təmas xəttinə yaxın əsgərlərlə görüşən və bununla da öz qoşunlarına və bu müharibədə vuruşan sadə ukraynalılara dəstək nümayiş etdirən Vladimir Zelenskiyə az da olsa bənzədiyini göstərmək cəhdləri var”, - Şimonite bildirib. 

Xatırladaq ki, aprelin 18-də Rusiya təbliğat mediası Rusiya prezidenti Vladimir Putinin guya Xerson istiqamətində "Dnepr” və Luqansk vilayətində "Şərq” qoşunlarının qərargahlarına baş çəkdiyini bildirib. Eyni zamanda, Kreml Putinin Xerson vilayətinə səfərinin real tarixini gizlətməyə çalışıb. 

Nizami Bağırov