Dünya 14:20 16.12.2022

Putinlə Lukaşenkonun Minskdə görüş tarixi bilindi

Rusiya prezidenti Vladimir Putin dekabrın 19-da Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşəcək. 

Qaynarinfo "İnterfaks”a istinadla xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.
Putin Belarusa işgüzar səfər edəcək. 

Qeyd olunur ki, "danışıqların proqramının zəngin olacağı, geniş formatda söhbətə olacağı gözlənilir. Burada dövlət başçıları, eləcə də iki ölkənin hökumət üzvləri, nazirlik və idarələrin rəhbərləri iştirak edəcəklər. Bu formatda tərəflər Belarus-Rusiya inteqrasiyasının ən aktual məsələlərinin bütün spektrini ətraflı müzakirə edəcəklər”.

"Bundan sonra prezidentlər təkbətək formatda danışıqları davam etdirəcəklər. Onların görüşdən sonra bəyanatlarla çıxış edəcəkləri və jurnalistlərin suallarını cavablandıracaqları gözlənilir", - Lukaşenkonun mətbuat xidməti əlavə edib.

Alpər