İdman 16:41 24.11.2022

"Qalatasaray"dan Ronaldo açıqlaması: İstanbul klubuna gəlir?

"Qalatasaray"ın prezidenti Dursun Özbek Kriştiano Ronaldonun transferi barədə açıqlama verib.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, klub rəsmisi portuqaliyalı ulduzun transferinin gündəmdə olmadığını bildirib.

"Hazırda məsələ ilə bağlı dostlarımızla da danışırdım. Ronaldo planlarımızda deyil", deyə prezident bildirib.

Qeyd edək ki, 37 yaşlı portuqaliyalı hücumçunun "Mançester Yunayted"lə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib və o, hazırda klubsuzdur. Həmçinin "Qalatasaray" azarkeşləri sosial şəbəkələrdə Ronaldonun komandaya gəlməsi üçün çağırışlar edirlər.