Kanadalı qanqster Qoldi Brar "India Today”ə müsahibəsində hindistanlı reper Sidhu Muz Valanın qətlini təşkil etdiyini etiraf edib.
Qaynarinfo bu barədə "Economic Times” məlumat yayıb.
İstintaqdan gizlənən Brarın sözlərinə görə, Sidhu Muz Vala "eqoist" idi: "O, puldan və vəzifədən sui-istifadə edib. Ona dərs vermək lazım idi və mən bunu etdim".
Bundan əlavə, Brar Bollivud superulduzu Salman Xanı öldürməklə hədələyib: "Onu öldürəcəyik, mütləq öldürəcəyik. Şübhəsiz ki, hədəfimiz Salmandır”.
Muz Vala mahnılarında digər reperləri, siyasətçiləri kəskin tənqid edir, düşmənlərə qarşı odlu silahdan istifadəni təbliğ edirdi. O, 2022-ci ilin iyununda güllələnib.
Aydın
Şərhlər