Dünya 10:57 15.03.2023

Qara dənizdə PUA insidentindən sonra Rusiya səfiri Dövlət Departamentinə çağırıldı

Qara dəniz üzərində pilotsuz təyyarə insidentiylə bağlı Rusiya səfiri ABŞ Dövlət Departamentinə çağırılıb. 
 
Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays məlumat verib.
 
O, Rusiya təmsilçisinə "qeyri-peşəkar müdaxilə” səbəbindən "kəskin narazılıq” barədə məlumat veriləcəyinə aydınlıq gətirib.

Praysın sözlərinə görə, ABŞ müttəfiqlərini və tərəfdaşlarını Amerika pilotsuz təyyarəsinin rus qırıcısı tərəfindən tutulması barədə məlumatlandırıb.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın Avropa komandanlığı Rusiyanın Su-27 təyyarəsinin Amerikanın MQ-9 PUA-sı ilə toqquşması nəticədə sonuncunun Qara dəniz regionunda beynəlxalq sulara düşməsi barədə məlumat vermişdi. Rusiya Federasiyasının Müdafiə Nazirliyi qırıcı ilə pilotsuz təyyarə arasında əlaqə olduğunu təkzib edir.

Ağ Evdə deyildiyi kimi, ABŞ hava insidentinə baxmayaraq, Qara dəniz üzərində uçuşlarını davam etdirəcək.

Alpər