İdman 11:51 11.03.2022

"Qarabağ" Avropa reytinqində də irəlilədi

"Qarabağ" Avropa reytinqində irəliləyib.

Qaynarinfo Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu 16 pillə irəliləyib. Hazırda 129 xalı olan klub 170 komanda arasında 72-cidir. Komanda ötən ay 85,6 xalla 88-ci idi.

"Neftçi" isə 81,5 xalla 134-cü sırada qərarlaşıb.

Siyahıya İngiltərə Premyer Liqası təmsilçisi "Çelsi" liderlik edir. "Zadəganlar"ın 310 xalı var.
 
Səbuhi Həsənov