İdman 13:08 28.11.2023

"Qarabağ" - "Hekken" matçının biletləri satışa çıxarıldı

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ” - "Hekken” oyununun biletləri satışa çıxarılıb.

Qaynarinfo-nun məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti 5, 20, 40 və 100 manat təşkil edir. 

VVIP C və VVIP D sektorlarda, həmçinin VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün isə biletlərin qiyməti isə 250 manatdır.

Azarkeşlər biletləri "İticket.az"ın satış məntəqələrindən, Park Bulvardakı "Qarabağ” FK-nın Fan-Şopundan, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, Heydər Əliyev sarayının kassalarından ala bilərlər. VVIP, VIP və CAT 1 biletlər isə "Changan Azerbaijan”da satılacaq.

Səbuhi Həsənov