İdman 19:05 25.01.2024

"Qarabağ" heyətinə ispan futbolçu qata bilər

Misli Premyer Liqasının lideri "Qarabağ" heyətini gücləndirməyi planlaşdırır.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi Kurro Sançezlə maraqlanır. İspaniyalı hazırda La Liqa 2-də çıxış edən "Burqos"da top qovur. 

Sağ cinah vingeri bu mövsüm 25 görüşdə 9 qol vurub, 4 məhsuldar ötürmə edib. 

Kurro Sançezin komandası ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.