İdman 13:28 10.08.2022

"Qarabağ"ın Çexiya çempionu ilə matçlarının təqvimi müəyyənləşdi

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın Çexiya "Viktoriya"sı (Plzen) ilə keçirəcəyi oyunların təqvimi açıqlanıb.

Qaynarinfo xəbər verir ki, "köhlən atlar" ilk matçını avqustun 17-də Bakıda oynayacaq. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq.

Komandalar arasında cavab qarşılaşması isə avqustun 23-də Plzendə olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

"Qarabağ" üçüncü təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"unu mübarizədən kənarlaşdırıb.
 
Səbuhi Həsənov