İdman 20:52 07.06.2023

"Qarabağ"ın direktoru vəzifəsindən ayrıldı

"Qarabağ”ın aşağı yaş qrupları üzrə texniki direktoru Tacəddin Doğan vəzifəsindən ayrılıb.
 
Qaynarinfo-nun məlumatına görə bu barədə o, özü məlumat verib. Şəxsi sosial şəbəkə səhifəsində 4 ildən sonra ayrılığı elan edən Doğan açıqlamasında "4 ildir böyük özünəinam və qürurla davam etdirdiyimiz, "Qarabağ" ailəsindəki missiyam bugündən etibarən sona çatıb. Bu müddət ərzində mənə dəstəyini əsirgəməyən, Əmrah (klubun direktoru Əmrah Çəlikəl - M.) bəy və komandasına, idarə heyətimizə təşəkkürümü bildirirəm" - sözlərini yazıb.
 

 
Səbuhi Həsənov