İdman 11:12 17.08.2022

“Qarabağ”ın oyununa bu avtobuslarla gedə bilərsiniz (SİYAHI)

Bakı Nəqliyyat Agentliyi bu axşam Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq "Qarabağ”-"Viktoriya” futbol matçı ilə bağlı azarkeşlərə müraciət edib.

Qaynarinfo xəbər verir ki, müraciətdə deyilir:

"Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ” və "Viktoriya" (Plzen) futbol klublarının qarşılaşmasına bilet alan azarkeşlərə tövsiyə edirik ki, stadiona gedərkən şəxsi avtomobildəbən istifadə etməsinlər. Azarkeşlərin Tofiq Bəhramov adına Respublika Stadionuna ictimai nəqliyyatla daha rahat gediş-gəlişini təmin etmək üçün zəruri tədbirlər görülüb”.

Qurum, həmçinin oyunun keçiriləcəyi məkan istiqamətində hərəkət edən müntəzəm marşrut xətləri üzrə məlumatları təqdim edib.