İdman 22:21 29.06.2022

"Qarabağ"ın səhmləri satışa çıxarıldı - QİYMƏT

 Azərbaycanın ən populyar futbol klubu olan «Qarabağ» futbol klubunun səhmləri satışa çıxarılıb.

Qaynarinfo xəbər verir ki, söhbət «Qarabağ Futbol Klubu» MMC-nin təsisçi payından gedir.

Təsisçi payını Cəmiyyətin ilk təsisçilərindən olan, mərhum Adil Nadirovun oğlu Sənan Nadirov satışa çıxarıb. Adil Nadirovun vəfatından sonra ona məxsus olan «Qarabağ Futbol Klubu» MMC-dəki 4851,88 miqdarında təsisçi payı vərəsəlik yolu ilə oğlu Sənan Nadirovun mülkiyyətinə keçib.

Qeyd olunan paylar hazırda açıq satışa çıxarılmaqla, 300 000 manat qiymətinə təklif olunur.

Təkliflə maraqlanan şəxslər office@turanlegal.az elektron poçt ünvanına, yaxud +994 55 206 90 24 telefon nömrəsinə müraciət edə bilərlər.