İdman 09:25 01.07.2022

“Qarabağ” “Lex”lə oyunlara bu heyətlə çıxacaq (SİYAHI)

"Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində "Lex”lə keçirəcəyi oyunların iştirak ərizəsini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, baş məşqçi Qurban Qurbanov siyahıya 26 futbolçu daxil edib.

3 qapıçı, 9 müdafiəçi, 8 yarımmüdafiəçi və 6 hücumçunun yer aldığı ərizədə 3 oyunçu B siyahısının üzvü kimi göstərilib.

Qeyd edək ki, iyulun 5-də Poznanda "Lex”in qonağı olacaq "Qarabağ” bir həftə sonra rəqibini Bakıda qəbul edəcək.