İdman 15:34 10.12.2023

"Qarabağ", "Neftçi" və "Sabah" dünya reytinqində gerilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Qayanrinfo IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 402 komandadan ibarət siyahıya Azərbaycanın yenə 3 təmsilçisi düşüb.

Ötən ay 70-ci yerdə qərarlaşan "Qarabağ” (131,5 xal) hazırkı reytinqdə 84-cüdür.

"Neftçi" və "Sabah" klubları da geriləyiblər. "Neftçi" 340-cı sıradan 378-ə, "Sabah" isə 342-ci mövqedən 391-ci pilləyə düşüb.

Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və Çempionlar Liqasının son qalibi "Mançester Siti” (314 xal) başçılıq edir. İspaniya təmsilçisi "Real Madrid” (308 xal) ikincidirsə, İtaliyanın "İnter" (264) kollektivi üçüncü yerdədir.