İdman 13:31 23.03.2023

“Qarabağ” - “Qalatasaray” oyunu "Haber Global”da

"Qarabağ”la Türkiyənin "Qalatasaray” klubu arasında keçiriləcək xeyriyyə oyununu Türkiyənin "Haber Global” televiziya kanalı canlı yayımlayacaq.

Qaynarinfo-nun məlumatına görə, futbol azarkeşləri həmin kanal vasitəsilə martın 26-da baş tutacaq qarşılaşmanı izləyə biləcəklər.

Bakı Olimpiya Stadionunda təşkil olunacaq görüş saat 20:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ”-"Qalatasaray” matçının bilet satışından əldə ediləcək gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.