İdman 20:48 26.05.2023

"Qarabağ" tərəfdaşlıq müqaviləsi imzaladı

Bu gün "Sirab" brendinin Azərbaycan çempionu "Qarabağ"la tərəfdaşlıq müqaviləsinin imza mərasimi keçirilib. 

Qaynarinfo xəbər verir ki, imzalama mərasimində "Sirab"ın CEO-su Alper Yaycılı, marketinq şöbəsinin rəhbəri Esin Umut, "Qarabağ"ın direktoru Emrah Çelikel, komandanın marketing departamentinin rəhbəri Yusif Cəfərov iştirak edib.

Əvvəlcə su tərəfdaşlığı rəsmiləşdirilib. Müqaviləni "Sirab" şirkətinin CEO'su Alper Yaycılı və "Qarabağ"ın direktoru Emrah Çelikel imzalayıb.

İmza mərasimində "Sirab" şirkətinin CEO-su Alpar Yaycılı tərəfdaşlıqdan qürur duyduqlarını bildirib: "Qarabağ" Azərbaycan idmanının ən öndə olan adlarından biridir. Bu klub ölkəni Avropa meydanlarında layiqincə təmsil edir, milyonlarla insana sevinc və qürur bəxş edir. "Sirab" olaraq daim ölkə idmanına dəstək olmağa çalışırıq. 2018-ci ildən "Qarabağ"la əməkdaşlığımız var. Bu gündən etibarən isə həm də rəsmi su tərəfdaşı olaraq çalışacağıq. "Qarabağ" kimi titullu və böyük klubla əməkdaşlıqdan qürur duyuruq".

"Qarabağ”ın direktoru Emrah Çelikel isə deyib: "Sirab"la işbirliyimiz 2018-ci ildən başlayır və bizim tabe olduğumuz "Azərsun" ailəsi sədaqətə və mənəviyyata çox yüksək dəyər verir. Baş məşqçimiz Qurban Qurbanov 2008-ci ildən bizimlədir. "Azərsun Holdinq 2001-ci ildən "Qarabağ"ı dəstəkləyir. Biz illərdir çalışırıq ki, işlərimizi imkanlarımız daxilində peşəkar səviyyədə aparaq. 2018-ci ildən bizimlə bərabər olan "Sirab" sularına təşəkkür edirəm. Bugünkü gündə çarter reysi ilə getdiyimiz oyunlarda özümüzlə "Sirab" sularını da aparırıq. Biz bu sulara alışmışıq, öyrəşmişik. Hər birinizə də tövsiyə edirəm. "Sirab" yüksək keyifiyyətə malikdir və "Qarabağ"la yan-yana dura biləcək, həm Avropada , həm dünyada dəstəkləyə biləcək bir Azərbaycan markasıdır. İnanıram ki, tərədaşlığımız uzun illər davam edəcək.

Qarşıda başqa yeni əməkdaşlıqlar da ola bilər. Amma biz hər marka ilə tərəfdaşlıq edə bilmərik. Çünki, çox güclü sponsorumuz var. "Azersun Holding" bütün ehtiyaclarımızı qarşılayır. Tərəfdaşlıq müqavilələri ilə bağlı uzun məsləhətlərdən sonra qərar veririk".

Qeyd edək ki, 70 ildən çox yaşı olan, dünya standartlarına cavab verən "Sirab" mineral suyu bir çox xarici ölkələrdə yüksək mükafatlara layiq görülüb.