İdman 18:52 24.09.2023

“Qarabağ” Yankoviçlə bağlı qərar verdi

"Qarabağ” legioneri Marko Yankoviçlə müqaviləni yeniləyib. 

Qaynarinfo xəbər verir ki, Ağdam təmsilçisi ilə 28 yaşlı yarımmüdafiəçi arasında anlaşma iki il müddətinə uzadılıb. 

Monteneqrolu futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 2022-ci ilin yayından "Qarabağ”da çıxış edən Yankoviç  keçirdiyi 53 oyunda 3 qol vurub.