Ölkə 18:26 07.06.2023

Qarasu çayından sel keçib

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb, Qarasu çayından sel keçib.

Bu barədə Qaynarinfo-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

İyunun 7-si saat 18:00-a olan məlumata əsasən Naxçıvan, Daşkəsən, Naftalan, Gəncə, Ceyrançöl, Qobustan, Xaçmaz, Kürdəmir, Ağdam, Balakən, Zaqatala, Şəki, İsmayıllı, Quba, Qusar, Qrız, Şahdağ, Mingəçevir, Tərtər, Yevlax, Göyçay, Zərdabda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Daşkəsən Göygöl, Balakən, Qrızda duman müşahidə olunub.

Saat 17:00 radələrində Zərdab rayonu ərazisindən axan Qarasu çayından sel keçib.