Ölkə 18:02 23.03.2022

Qazaxda faciə: İşçi zibil yığan maşının altında qaldı (YENİLƏNİB)

Qazaxda ölümlə nəticələnən bədbəxt hadisənin təfərrüatı məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, təmizlik idarəsinin əməkdaşı B.Əliyev hərəkətdə olan zibil yığan maşının üzərindəki pilləkəndən tutaraq gedən zaman yol kənarındakı ağaca dəyib və yıxılaraq maşının altına düşüb.

Təkər onun başının üstündən keçib və o, hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

17:13
 
Qazax sakini bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb.

Belə ki, Qazax sakini, Biləndir Əliyev bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.