Ölkə 13:26 17.03.2023

Qazaxda şəhidin adını daşıyan küçəyə 3 ildir asfalt çəkilmir (FOTOLAR)

Qazax rayonunda şəhid Famil Əhmədovun adını daşıyan küçə 3 ildir təmir olunmur.

Qaynarinfo xəbər verir ki, bu barədə sözügedən küçənin sakinləri 32gun.az saytına bildirib.

Sakinlərin bildirib ki, 3 il bundan öncə küçəyə su təchizatı və kanalizasiya sistemləri qoşularkən qazıntı işləri aparılıb. Borular döşəndikdən sonra qazılmış yerlər doldurulub və sadəcə çınqıl, qırmadaş ilə möhkəmləndirilib. Artıq 3 ildir ki, Qazax rayon İcra Hakimiyyəti asfaltlama işlərini yubadır. Hazırda küçənin asfalt örtüyü bərbəd vəziyyətdədir.

Sakinlər İcra Hakimiyyətinə hər müraciət etdikdə "plan əsasında işlərin getdiyi, yaxın zamanlarda küçəyə asfalt örütüyü çəkiləcəyi" bildirilib. Lakin vədlərinə 3 ildir əməl etmirlər.

Qeyd edək ki, rayonda "40 pilləkənin üstü" kimi tanınan şəhid Famil Əhmədovun adını daşıyan küçə Heydər Əliyevin adını daşıyan parkla üz-üzədir. Yağış zamanı yığılan sular həmin parka doğru axır.