İdman 19:08 04.10.2022

"Qəbələ" Avropada mübarizəni dayandırdı

"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb.

Qaynarinfo-nun məlumatına görə, I mərhələnin cavab oyununda evdə Xorvatiyanın "Hayduk" klubuna 1:2 hesabı ilə uduzan "qırmızı-qaralar" turnirlə vidalaşıb.

Azərbaycan təmsilçisindən yeganə qolu 52-ci dəqiqədə Şahin Şahniyarov vurub.

Qeyd edək ki, Zaur Hacıyevin baş məşqçi olduğu kollektiv səfərdəki ilk qarşılaşmada da rəqibi ilə bacarmamışdı - 0:3.