Azərbaycan Premyer Liqasının 27-ci turuna yekun vurulub.
Qaynarinfo xəbər verir ki, turun son matçı Qəbələdə keçirilib. Bölgənin eyniadlı komandası doğma meydanda "Şamaxı" ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qolu Əyyub Allaş (20, 45+1) rəqib qapısından keçirib.
Bununla da "Qəbələ" xallarının sayını 36-ya çatdırıb və 5-ci pillədə yerini möhkəmləndirib.
Səbuhi Həsənov
Şərhlər