İdman 18:40 05.07.2023

"Qəbələ"nin futbolçusu Gəncə klubunda

"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.
 
Qaynarinfo-nun məlumatına görə, klub daha bir futbolçunun keçidini həll edib. Rüfət Əhmədov "Qəbələ"dən bir il müddətinə icarəyə götürülüb. 21 yaşlı futbolçu sol cinah müdafiəçisi mövqeyində çıxış edir. 

Rüfət Əhmədov əvvəllər 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına da dəvət alıb.
 
Səbuhi Həsənov