Ölkə 15:04 04.10.2023

Qəbul imtahanlarında hansı dəyişiklik olacaq? (ŞƏRH)

"Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarının məzmununda, strukturunda, qiymətləndirilməsində dəyişiklik olmayacaq. 2023-cü ildə keçirilən imtahanın modelinə uyğun 2024-cü ildə də imtahan keçiriləcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Ekspert birmənalı şəkildə qəbul imtahanların strukturunda dəyişikliyə ehtiyac olduğunu vurğulayıb: 

"Biz imtahanları daha əlçatan etməliyik ki, imtahanın nəticələri abituriyentlərin arzuladığı ixtisaslara qəbul olunmasına imkan versin. 2024-cü ildə magistraturaya keçirilən imtahanlar istisna olmaqla, digər imtahanlarda bir dəyişiklik olmayacaq”. 



Kamran Əsədov hesab edir ki, Azərbaycanda keçirilən qəbul imtahanları dünyada biliyin qiymətləndirilməsinə görə, ən etibarlı imtahanlardan hesab olunur: 

"Amma biz zaman-zaman bunu müzakirə edəndə görürük ki, məzmununda müəyyən qədər dəyişikliyə ehtiyac var. Xüsusən də buraxılış imtahanında riyaziyyat fənni abituriyentlərin nəticələrinin aşağı enməsinə gətirib çıxardır. Buna görə müəyyən qədər yüngülləşməyə ehtiyac var. Dövlət İmtahan Mərkəzi tərəfindən fənlər üzrə işçi qrupları yaradılıb. Bu işçi qrupları heç də imtahanın modelinin dəyişməsi anlamına gəlmir. Bunlar yalnız imtahanların nəticələri təhlil edilir”. 

Bahar Rüstəmli