Foto 16:25 06.06.2023

Qımılqışlaq kəndinin abonent olmaq istəyən sakinləri “Açıq mikrofon”da (FOTOLAR)

SOCAR "Azəriqaz”İB-nin "Səyyar qəbul otağı” Xaçmaz rayonunda, daha dəqiq Qımılqışlaq kəndində təşkil olunub. Aksiyada səslənən 7 müraciəti bir istək birləşdirib. 

Qımılqışlaq kəndinin genişlənən ərazisinin qazlaşdırılması. Qalan 1 müraciət isə mavi yanacaqla təchiz olunmuş kənddəki küçə qaz xəttinin təmir edilməsindən ibarət olub. 

Xaçmaz RQİİ-nin rəhbər şəxsləri səslənən müraciətlərin qısa zaman ərzində Birliyin səlahiyyətləri çərçivəsində həllinə nail olunması istiqamətində addımların atılacağını bildiriblər.