İdman 12:42 01.03.2023

Qırmızı vərəqə ilə cəzalandırılan Mourinyodan gözlənilməz addım

"Roma"nın baş məşqçisi Joze Mourinyo qalmaqalla diqqət mərkəzinə düşüb.

Qaynarinfo-nun məlumatına görə, İtaliya A Seriyasında "Roma" "Kremoneze" ilə qarşılaşıb. Paytaxt təmsilçisinin baş məşqçisi Joze Mourinyo 46-cı dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb. Bu səbəbdən əsəblərini cilovlaya bilməyən və hakimin qərarlarına sərt reaksiya verən portuqaliyalı çalışdırıcı matçdan sonra hakimlər otağına soxulub.

Təcrübəli məşqçi matçın sonunda "Oyundan sonra hakimin paltardəyişmə otağına getdim və nə baş verdiyini danışmalarını istədim. Amma onun yaddaşında problem var idi, unutdu”, deyib.

Paytaxt təmsilçisi bu qarşılaşmada 2:1 hesabı ilə məğlub olub.

Səbuhi Həsənov