Ekonomiks 12:07 27.06.2022

Qızılına qadağa Rusiyaya nə vaxt təsir edəcək və bu yasaqdan hansı ölkə qazanacaq?

"Bu qadağadan sonra Rusiya daha çox Hindistan və Çinə qızıl idxal edəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfəli Böyük Britaniya, ABŞ, Kanada və Yaponiyanın Rusiyadan qızıl idxalına qadağa qoyması ilə bağlı məlumatı şərh edərkən deyib. Onun sözlərinə görə, indiki vəziyyətdə bu qadağaların Rusiyanı çox ciddi çəkildə silkələyəcəyini və iqtisadiyyatına dərhal təsir edəcəyinə söylmək çətindir:

"Qloballaşan dünyada Rusiya kimi iqtisadiyyatı və təbii resursları böyük olan ölkələrdə əgər tam blokada qurulmursa, məsələn, bu, İrana qarşı mümkün oldu, çünki daha kiçik ölkədir. Əgər bu sanksiyalar bir il davam edərsə, onda bu, Rusiya iqtisadiyyatına təsir edəcək”.

Natiq Cəfərli hesab edir ki, dünya bazarında qızılın qiymətində müəyyən ucuzlaşmalar ola bilər:

"Amma daha çox bundan Hindistan yararlanacaq. Çünki ən çox qızılı Rusiyadan alan ölkə Hindistandır. İndi də Qərbə sata bilmədiyinə görə Rusiya qızılını 20-15% endirimlə Hindistan alacaq. Bunun Rusiya iqtisadiyatına böyük zərbə vuracağını demək mümkün də deyil”.

Qeyd edək ki, Böyük Britaniya, ABŞ, Kanada və Yaponiya Rusiyadan qızıl idxalına qadağa qoyub.
 
Bahar Rüstəmli