Dünya 09:39 26.09.2023

Qrossi yenidən MAQATE-nin baş direktoru seçildi

Rafael Mariano Qrossi yenidən Beynəlxalq Nüvə Enerjisi Agentliyinin (MAQATE) baş direktoru vəzifəsinə təyin edilib.

Bu barədə Qaynarinfo MAQATE-nin mətbuat xidmətinə istinadən xəbər verir

MAQATE-nin Vyanada keçirilən konfransında, bazar ertəsi, sentyabrın 25-də Qrossinin namizədliyi bütün iştirakçılar tərəfindən yekdilliklə dəstəklənib.
"İdarə heyətinin məni daha bir müddət vəzifədə işləmək üçün təyin etməsinə dair yekdil qərarı məni şərəfləndirdi və etimada görə çox minnətdaram. Bu, bir çox ciddi problemlərlə üzləşdiyimiz bir vaxta təsadüf edir və mən Qlobal sülh və inkişafın dəstəklənməsi üzrə MAQATE-nin mühüm missiyasını yerinə yetirmək üçün əlimdən gələni etməyə tam sadiqəm”, - Qrossi bildirib.

Xatırladaq ki, o, ilk dəfə 2019-cu il dekabrın 2-də MAQATE-nin baş direktoru vəzifəsinə seçilib. Onun ikinci səlahiyyət müddəti bu il dekabrın 3-də başlayacaq və 2027-ci il dekabrın 2-dək davam edəcək. O, 1957-ci ildə MAQATE-nin yaradılmasından sonra altıncı baş direktordur.

Nizami Bağırov