İdman 14:00 28.08.2023

Qvardiola Mourinyonun rekordunu qırdı

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Premyer Liqada 200 qələbəni ən qısa müddətdə qazanan məşqçi rekordunu qırıb.

Qaynarinfo-nun məlumatına görə, ispan çalışdırıcı bu göstəricidə Joze Mouriyonu geridə qoyub. 200-cü qələbə "Mançester Siti"nin "Şeffild Yunayted”i 2:1 hesabı ilə məğlub etdiyi oyunda qeydə alınıb. 

Qvardiola Premyer Liqada 200 qələbəni cəmi 269 matçda qazanıb ki, bu da rekorda səbəb olub. O, həmkarı Mourinyodan 57 oyun az keçirməklə bu uğuru əldə edib. Həmçinin 52 yaşlı çalışdırıcı Premyer Liqada keçirdiyi 269 matçda beş titul qazanıb.

İngiltərə klublarından "Çelsi", "Mançester Yunayted" və "Tottenhem"i çalışdırmış Mourinyo "Çelsi" ilə üç dəfə liqa çempionu adını qazanıb.

Səbuhi Həsənov