Ölkə 16:16 05.08.2013

Rafiq Tağı anıldı


Tədbirdə yazıçının "Yanaşı ulduzlar" kitabı təqdim olundu

Xəbər verdiyimiz kimi bu gün saat 14-də "Yeraltı" kitab mağazasında mərhum yazıçı, 2011-ci ilin noyabrında qətlə yetirilmiş Rafiq Tağının doğum günü qeyd edildi. Tədbirdə yazıçının ilk nəsr kitabı olan "Yanaşı ulduzlar" latın qrafikasında və yeni dizaynda oxuculara təqdim edildi.
Anım mərasimini "Alatoran" jurnalının baş redaktoru, kitabın naşiri Rasim Qaraca açaraq Rafiq Tağının bir insan və bir yazıçı kimi özəlliklərindən danışdı, onun yaratdığı maraqlı hekayə nümunələrinin və esselərin vaxtaşırı nəşr ediləcəyini bildirdi.
Daha sonra yazarlar Azad Qaradərəli, Seymur Baycan, Şərif Ağayar, Fərhad Yalquzaq, Nərmin Dadaşova və başqaları çıxış edərək mərhum yazıçı barədə xatirələrini söylədilər, onun ədəbi irsinin əhəmiyyəindən danışdılar.
Sonda R.Tağının qardaşları ailə adından qonaqlara təşəkkür etdilər.


Qaynar.info