Sənət 15:14 29.12.2022

Rasim Balayev təşkilatına yeni üzvlər qəbul etdi (SİYAHI)

Xalq artsiti Valeh Kərimov Azərbaycan Kinematoqrafçılar İttifaqının üzv olub.
 
Bu barədə Qaynarinfo-ya aktyorun özü məlumat verib.
 
Valeh Kərimov bildirib ki, ittifaqa üzv olmaq üçün ərizə ilə müraciət edib:"Müraciət etmişəm, qəbul olunub”. Bundan başqa ittifaqa yeni üzv olanların da siyahısı açıqlanıb. Onlar aşağıdakılardı - Adil Abbasov (Əməkdar incəsənət xadimi, kinooperator), Tağı Babayev (Əməkdar mədəniyyət işçisi, kino mühəndis), Əliağa Məmmədov (Əməkdar mədəniyyət işçisi, kinoprodüser), Elnur Kərimov (Əməkdar artist),  Firəngiz Quliyeva (animator-rəssam, rejissor),  Fərhad Hüseynov (aktyor) Sahib Heybətov (kinoprodüser), Dəryuş Nəcəfi Göl ( Ərturan Nəcəfi) (kinorejissor),  Mikayıl Nəsirov (kinorejissor), Qulu Əsgərov (kinorejissor), Ələddin Vəliyev (kinoprodüser), Vasif Vəlizadə (kinooperator), Elnur Paşa (Rzayev- kinorejissor), İradə Gülbabayeva (qrim rəssamı), Şirzad Pirallahi (aktyor), Lətif Lətifsoy (kinorejissor).

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayevdir. 

Bahar Rüstəmli