Ekonomiks 10:20 10.01.2024

Rauf Vəliyev müşavirinə vəzifə verdiyi qurumu ləğv etdi - Səbəb açıqlanmır

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin strukturuna daxil olan iki qurumun fəaliyyətinə xitam verilib. 

Qaynarinfo-nun məlumatına görə, şirkətin tabeçiliyindəki "ASCO Logistics" MMC və "ASCO Mühafizə" MMC ləğv edilib. MMC-lərin ləğv edilməsi ilə bağlı hər hansı bir məlumat verilmir. 

Hər iki MMC-nin hüquq və vəzifələri "ASCO Nəqliyyat" MMC-yə keçib. "ASCO Nəqliyyat" hər iki MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edib.

Qeyd edək ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin sədri Rauf Vəliyev müşaviri İlham Məmmədovu "ASCO Logistics" MMC-nin direktoru, İlham Bəşirov İslam oğlunu isə "ASCO Mühafizə" MMC-nin direktoru təyin edilmişdi.

Xatıradaq ki, iki gün əvvəl "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətində ixtisarlar aparıldığı barədə məlumat vermişdik.

Əhməd