İdman 20:20 23.05.2023

"Real"ın müdafiəçisinə qarşı təxribat törətməkdə şübhəli bilinənlər saxlanıldı

Yanvarda "Kral Kuboku"nda baş tutan "Real" - "Atletiko" matçı ərəfəsində bir qrup azarkeşin körpüdən boynuna ilgək vurularaq asılmış, "Real"ın futbolçusu Vinisius Juniora bənzəyən gəlinciklə bağlı polis araşdırmalara başlayıb.

Qaynarinfo "Mirror"a istinadən xəbər verir ki, polis Madriddəki körpüdən futbolçunun manekenini asmaqda şübhəli bilinən dörd nəfəri həbs edib. İspaniyanın Madriddəki polis orqanının sözçüsü həbsləri təsdiqləyərək açıqlamasında, "Vinisiusun köynəyində olan manekeni körpüdən asdıqları üçün nifrət cinayətinin müəllifi kimi şübhəli bilinən dörd nəfəri həbs ediblər. Onlardan üçü Madriddəki radikal fan qrupun fəal üzvləridir. İndiyə qədər müstəntiqlər tərəfindən DNT sübutları, şahidlərin ifadələri və digər kəşfiyyat materialları vasitəsilə aparılan sorğulardan sonra manekeni asmaqda həmin dörd nəfərdən şübhələnirlər. Onlardan üçünün ultras təşkilatının üzvü olduğu idman zorakılığının qarşısını almaq istəyən polis əməliyyatçıları tərəfindən əvvəlki yüksək riskli matç zamanı artıq müəyyən edilmişdi. Onlar Madrid məhkəməsi və prokurorluğunun kibercinayətlər bölməsi ilə əlaqələndirilmiş əməliyyat nəticəsində həbs olunublar" - sözlərini söyləyib. O, istintaqın davam etdiyini və hələlik bununla bağlı hər hansı şərh verə bilmədiklərini deyib.

Maniken derbi matçından bir neçə saat əvvəl "Real"ın Valdebebas məşq meydançası yaxınlığındakı körpünün üzərindəki "Madrid Reala nifrət edir” yazılmış 16 metrlik pankartın yanında görünüb. İstintaq yanvarın 26-da başlayıb. Yaşları və adları açıqlanmayan bu insanların məhkəməyə gəlib-gəlməyəcəyi hələlik bəlli deyil. Polisin yaydığı görüntülərdə şübhəlilərdən bəzilərinin əlləri qandallı şəkildə polis bölmələrinə aparıldığı görünüb. 

"Real"ın braziliyalı ulduzu bazar günü "Valensiya"ya 0:1 hesabı ilə məğlub olduqları oyunda da irqçi təhqirlərə məruz qalıb. 
 


Səbuhi Həsənov