İdman 16:44 04.10.2022

"Real" və "Yuventus"un sabiq Argentinalı hücumçusu karyerasını bitirir

ABŞ-ın MLS Liqasında çıxış edən Qonsalo İquayn karyerasını bitirir.

Qaynarinfo xəbər verir ki, "İnter Mayami"inin formasını geyinən argentinalı ulduz mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayıb. Mətbuat konfransında təqaüdə çıxmaq qərarını açıqlayarkən göz yaşlarını saxlaya bilməyən 34 yaşlı futbolçu, "Futbolla vidalaşmağın vaxtıdır. Bunu klubuma 3-4 ay əvvəl dedim. Birinci ildə verilən qərar deyil" - sözlərini söyləyib.

Uzun illərdir futbolla məşğul olduğunu qeyd edən İquayn "Buraya ilk gələndə futboldan çox həzz alırdım. Karyeramın ən yaxşı dövrlərindən birini burada keçirdim, amma o vaxt başqa bir dönəmdə idim. İndi bu oyunu oynayarkən vurduğum qollardan aldığım sevinc kimi, həmişə bunu arzulayırdım. Karyeramı bitirməyi gözləyirəm" - deyib.

Fubolçu akryerasına ölkəsinin təmsilçisi "River Pleyt”də başlayan hücumçu daha sonra "Real", "Napoli”, "Yuventus”, "Milan” və "Çelsi”, "İnter" kimi Avropanın top-klublarında da forma geyinib.

Klub karyerasında 707 matçda 333 dəfə torları silkələyən İquayn Argentina millisinin formasında 75 görüşdə meydana çıxıb. O, yığmada 31 qola imza atıb.

Səbuhi Həsənov