Dünya 17:34 27.03.2023

Rəfsəncaninin qızı həbsdən çıxdı

İranın keçmiş prezidenti mərhum Haşimi Rəfsəncaninin qızı Faizə Rəfsəncani azadlığa buraxılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə məlumat İran mediasında yayılıb. 

Faizə Rəfsəncani 22 yaşlı Məhsa Əminin polis bölməsində ölməsinə etiraz olaraq keçirilən aksiyalarda həbs edilmişdi. O, "Evin” həbsxanasında saxlanılırdı.

Faizə Rəfsəncani İran rejiminin tənqidçisi kimi tanınır. Baxmayaraq ki, atası Haşimi Rəfsəncani rejimin sütunlarından biri olub. İranın hazırki ali rəhbəri Seyid Əli Xameneyinin bu vəzifəyə seçilməsində Rəfsəncaninin müstəsna rolunun olduğu deyilir. Məhz o, İslam İnqilabının lideri Ruhulla Xomeyninin Xameneyini varsi elan etdiyini açıqlayıb. 

Haşimi Rəfsəncani 1989-1997-ci illərdə İranın prezidenti olub. O, 2017-ci ildə dünyasını dəyişib. Rəsmi məlumatlarda onun ürək tutmasından öldüyü bildirilir. Lakin belə iddialar var ki, keçmiş prezident öldürülüb. 

Seyid