İdman 16:00 02.06.2023

Region Liqasının finalında VAR sistemi tətbiq olunacaq

AFFA-nın təşkil etdiyi Region Liqasının 2022/2023-cü illər mövsümünün final qarşılaşmasını idarə edəcək hakimlər açıqlanıb.
 
Qaynarinfo xəbər verir ki, iyunun 4-də saat 16.00-da Tovuz şəhər stadionunda keçiriləcək "Çinar-Zəngilan" – "Qusar” qarşılaşmasında cari mövsümdə ilk dəfə VAR sistemi tətbiq ediləcək.
 
Matçın baş hakimi Fərid Hacıyev olacaq. Ona Müslüm Əliyev, Zöhrab Abbasov, Emin Əliyev yardım edəcək. VAR hakimləri isə Rəşad Əhmədovla Eyyub İbrahimov olacaq. 
 
Qarşılşamanın hakim-inspektoru isə Ömər Paşayev olacaq.
 
Səbuhi Həsənov