Dünya 12:52 28.08.2022

Reuters: Amerikanın hərbi gəmiləri Tayvan boğazına doğru irəliləyir

İki ABŞ kreyseri beynəlxalq sularda Tayvan boğazına doğru hərəkət edir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" xəbər agentliyi bir neçə məlumatlı amerikalı rəsmiyə istinadən məlumat yayıb.

"USS Chancellorsville” və "USS Antietam” kreyserləri missiya yerinə yetirir, məsələ ilə bağlı üç mənbə Reuters-ə bildirib.

Vurğulanır ki, son illərdə ABŞ ilə yanaşı, İngiltərə və Kanada kimi Qərb ölkələrinin digər dəniz donanmaları müntəzəm olaraq Tayvan boğazından keçərək Çini qəzəbləndirib.

Bu, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin adaya son səfərindən sonra ABŞ Hərbi Dəniz Qüvvələrinin Tayvan boğazındakı ilk missiyasıdır.

M.Arif