İdman 14:25 07.12.2022

Ronaldo "Əl-Nəsr"ə keçdiyini inkar etdi: "Bu, doğru deyil"

Kriştiano Ronaldo "Əl-Nəsr"ə keçəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Qaynarinfo xəbər verir ki, daha əvvəl İspaniyanın "Marca" qəzeti hücumçunun yanvarın 1-dən Səudiyyə Ərəbistanı klubuna keçəcəyini və dünyanın ən çox maaş alan idmançısı olacağını yazıb.

Lakin portuqaliyalı ulduz 17 dəqiqə meydanda olduğu DÇ-2022-nin 1/8 final mərhələsində İsveçrə ilə oyundan (6:1) sonra xəbəri təkzib edib: "Yox bu doğru deyil. Doğru deyil”. 

Jurnalist Fabritsio Romano yazıb ki, Ronaldonun "Əl-Nəsrdan təklifi var, lakin o, hələ transferə razılıq verməyib.

Kriştianonun Çempionlar Liqasında çıxış edən Avropa klubundan təklif almaq istədiyi bildirilir.

Nizami Bağırov