İdman 18:40 26.10.2023

Ronaldo “Mançester Yunayted”in ən yaxşı 10 futbolçusu siyahısına düşmədi

"FourFourTwo” jurnalı "Mançester Yunayted” tarixinin ən yaxşı futbolçularının reytinqini dərc edib. 

Qaynarinfo xəbər verir ki, siyahı nəşrin rəsmi saytında təqdim olunub.

Birinci yeri İngiltərə yığmasının heyətində 1966-cı il dünya çempionu Ser Bobbi Çarlton tutur. O, "qırmızı şeytanlar”ın heyətində 606 oyunda 199 qol vurub.

"Qızıl top"un sahibi Corc Best 360 matçda 143 qolla ikincidir. Üçüncü yerdə 12 il (1982-1994) komandanın kapitanı olmuş Brayan Robson qərarlaşıb - 339 matçda 69 qol.

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo ilk "onluğ"a düşə bilməyib. O, komandanın heyətində 346 oyun keçirib və 145 qola imza atıb. "Mankunianlar"ın heyətində o, İngiltərə Premyer Liqasının (APL) üçqat çempionu və Çempionlar Liqasının qalibi olub.

Mançester Yunayted tarixinin ən yaxşı 10 futbolçusu:

1-ci yer - Bobbi Çarlton (İngiltərə);
2-ci yer - George Best (Şimali İrlandiya);
3-cü yer - Brayan Robson (İngiltərə);
4-cü yer - Erik Kantona (Fransa);
5-ci yer - Denis Lou (Şotlandiya);
6-cı yer - Ueyn Runi (İngiltərə);
7-ci yer - Rayan Giqqz (Uels);
8-ci yer - Dunkan Edvards (İngiltərə);
9-cu yer - Petr Şmeyxel (Danimarka);
10-cu yer - Pol Skoulz (İngiltərə).
Aydın