İdman 13:16 14.04.2023

Ronaldonun baş məşqçisi kim olacaq: Zidan, yoxsa Mourinyo? - 100 milyon maaş

Kriştiano Ronaldonun formasın geyindiyi "Al Nassr" postundan göndərilən baş məşqçi Qarsiyanın əvəzində tanınmış məşqçi gətirmək istəyir.

Qaynarinfo-nun məlumatına görə, klub hələlik bu vəzifəni Dinko Yeliçiçin üzərinə götürdüyünü təsdiqləyib. Ancaq klubun "iddialı" planları var. 
Baş məşqçiliyə namizədlərin siyahısında Zinəddin Zidan və ya Joze Mourinyo ilk sıralardadır. Hər iki məşqçi daha əvvəl superulduzla çalışıb. 

Ronaldonun baş məşqçi postundan qovulan Qarsiyanın taktikasından narazı olduğu bildirilir. Ona görə də məşqçi seçimində onun fikrinin nəzərə alınacağı bildirilir. 

Klubun tanınmış məşqçilərə iki il üçün 100 milyon avro təklif etdiyi də vurğulanır. Hələlik isə ən real namizəd Zidan göstərilir. 

Zidan və Mourinyo təklifləri qəbul etməsə, Səudiyyə Ərəbistanı komandası "Fənərbağça"nın çalışdırıcılarından biri Jorje Jesus və ya Marselo Qallardoya müraciət edəcək.

"Al-Nassr" Qarsiyanın gedişindən sonra ilk oyununu gələn çərşənbə axşamı Səudiyyə Ərəbistanı Pro Liqasında "Al-Hilal" komandasına qarşı keçirəcək.

Səbuhi Həsənov