İdman 12:17 30.05.2022

Ronaldonun klubu La Liqaya vəsiqə qazandı

Braziliya futbolunun əfsanələrindən olan "Fenomen" ləqəbli Ronaldonun İspaniyadakı klubu "Valyadolid" La Liqaya yüksəlib.

Qaynarinfo xəbər verir ki, La Liqaya yüksəlmək uğrunda mübarizədə "Valyadolid" 81 xalla adını 1-ci liqaya yazdırdı. Keçmiş braziliyalı futbolçunun sahibi olduğu "Valyadolid" bu uğura bir ildən sonra nail olub.

Yüksək dəstəyə vəsiqə qazanan digər klub isə "Almeriya" olub. Komanda 7 ildən sonra İspaniya La Liqasında çıxış edəcək.

Səfərdə "Alkorkon"a 1:0 hesabı ilə uduzan "Eybar" isə 80 xalla 3-cü pillədə qalıb. Komanda La Liqaya yüksəlmək uğrunda "Las Palmas", "Tenerife" və "Jirona" ilə pley-offda çıxış edəcək.

Səbuhi Həsənov