Dünya 06:00 01.06.2023

Rus qubernatorun oğlu İtaliyada ev dustaqlığından Moskvaya neçə qaçıb?

Krasnoyarsk diyarının keçmiş qubernatorunun oğlu Artyom Ussun İtaliyadan qaçmasına Serbiyadan olan cinayətkar qrup kömək edib, onun ekstradisiyasını Vaşinqton tələb edirdi. 

Qaynarinfo xəbər verir ki, bu barədə The Wall Street Journal hadisə ilə tanış olan mənbəyə istinadən məlumat yayıb . 

WSJ mənbələri bildirirlər ki, Uss ən azı bir dəfə avtomobilini dəyişib və Serbiyaya gedərkən bir neçə sərhədi keçib, oradan Moskvaya uçub.

Eyni zamanda, qəzetin yazdığına görə, İtaliya hakimiyyəti Rusiya xüsusi xidmət orqanlarının Ussun qaçmasında birbaşa iştirak etdiyinə şübhə edir, çünki onların əməkdaşları çox güman ki, izlənəcəkdirlər.
Uss ötən ilin dekabrından Milanda ev dustaqlığında olub. O, qaçdığı günün səhəri də daxil olmaqla, gündə bir neçə dəfə karabineri tərəfindən yoxlanılırdı. Lakin rusiyalı xüsusi xidmət orqanlarının nəzarəti altında deyildi. WSJ-nin həmsöhbətlərinin fikrincə, bu, prosesə qanunsuz müdaxilə kimi qiymətləndirilə bilər.

Vaşinqtonun xəbərdarlıqlarına baxmayaraq, keçmiş qubernatorun oğlu ev dustaqlığında qalıb. Milan məhkəməsi Ussun ev dustaqlığına göndərilməsi barədə qərar qəbul etdikdən sonra Vaşinqton bu qərara yenidən baxmaq xahişi ilə İtaliya Ədliyyə Nazirliyinə müraciət edib. Məktubda qeyd olunub ki, ABŞ-ın ekstradisiyasını tələb etdiyi 6 nəfər son  üç ildə İtaliyada ev dustaqlığından qaçıb. "Uss işində ev dustaqlığından əsassız istifadə onun da eyni şeyi edəcəyi riskini artırır. Buna görə də, biz hörmətlə İtaliya hakimiyyətlərindən xahiş edirik ki, ekstradisiya təmin olunarsa, ABŞ-da mühakimə oluna bilməsi üçün Ussun ekstradisiya prosesi boyunca həbsdə qalmasını təmin etsinlər”, - məktubda deyilir.

İtaliya hökuməti ev dustaqlığı ilə bağlı qərarların hakimlər tərəfindən verildiyini bildirib və Vaşinqtonun məktubu ilə bağlı hakimləri xəbərdar etdiklərini qeyd edib. İtaliya Ədliyyə nazirliyi də amerikalı həmkarlarını Ussun ev dustaqlığında olmasına nəzarət etməli olan qolbağın etibarlılığına əmin edib.

Xatırladaq ki, Artyom Uss 2022-ci il oktyabrın sonunda İtaliyada saxlanılıb. ABŞ-da o, sanksiyalardan yayınmaqda, çirkli pulların yuyulmasında və saxta şirkətlər vasitəsilə hərbi texnologiya ticarətində ittiham olunur. Martın 23-də, məhkəmə Ussun ABŞ-a ekstradisiyasını təsdiqlədikdən bir gün sonra məlum olub ki, rusiyalı ev dustaqlığından qaçıb.

"Corriere della Sera” qəzeti onun qaçmasına Rusiya xüsusi xidmət orqanlarının kömək etdiyini iddia edib. La Republica yazıb ki, Uss ev dustaqlığından Sloveniya və Serbiya vasitəsilə qaça bilər, yol boyu bir neçə avtomobil dəyişdirə bilərdi. Qəzet iddia edib ki, Krasnoyarskın keçmiş qubernatorunun oğlunun qaçmasında azı 10 nəfər iştirak edib.

Aprel ayında İtaliyanın ədliyyə naziri Karlo Nordio Ussu ev dustaqlığına çıxaran Milan Apellyasiya Məhkəməsinin hakimlərinə qarşı intizam işi qaldırıb. Hakimlərin həmkarlar ittifaqı nazirin qərarını "qəbuledilməz” adlandırıb və tətil elan etməklə hədələyib.

Nizami Bağırov