Dünya 14:11 25.05.2023

Rusiya 5 İsveç diplomatını ölkədən çıxarır və baş konsulluğunu bağlayır

İsveçin Rusiyadakı səfiri Malena Mard "Rusiyaya qarşı qarşıdurma kursu”na görə Xarici İşlər Nazirliyinə çağırılıb. O, cavab tədbiri olaraq beş İsveç diplomatının persona non-qrata elan edildiyi barədə məlumat alıb. Rusiya həmçinin 2023-cü il sentyabrın 1-dən İsveçin Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyətinə verdiyi razılığı geri götürür. Rusiya Federasiyasının Göteborqdakı Baş Konsulluğunun da fəaliyyətinə xitam verilir.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
 
Rusiya Xarici İşlər Nazirliyi aprelin 25-də Rusiyanın İsveçdəki xarici nümayəndəliklərinin beş əməkdaşının ölkədən çıxarılmasını "Stokholmun açıq-aşkar düşməncəsinə addımı” kimi qiymətləndirdiyini izah edib. "İsveç hakimiyyətinin bu hərəkətləri İsveçdə davam edən rusofobiya kampaniyası da daxil olmaqla, görünməmiş həddə aşağı səviyyəyə çatan ikitərəfli münasibətlərdəki vəziyyəti daha da gərginləşdirib”, - nazirliyinin bəyanatında deyilir.

Persona non-qrata elan edilmiş isveçli diplomatlar Rusiya ərazisini İsveç hakimiyyətinin rusiyalı əməkdaşlarının ölkədən getməsi üçün müəyyən etdiyi müddətdə tərk etməlidirlər.

Xatırladaq ki, beş rusiyalı diplomatının İsveçdən qovulmasını aprelin 25-də İsveçin xarici işlər naziri Tobias Bilström SVT telekanalına müsahibəsində bildirib. O, Rusiyadan gələn əməkdaşların fəaliyyətinin onların diplomatik statusu ilə bir araya sığmaması ilə izah edib. SVT qeyd edib ki, İsveç hakimiyyəti bir sıra İsveç KİV-lərində "İsveç və digər Nordik ölkələrindəki rusiyalı kəşfiyyat agentləri” ilə bağlı jurnalist araşdırması dərc edildikdən sonra rusiyalı diplomatları ölkədən çıxarmaq qərarına gəlib.

Nizami Bağırov