Dünya 16:34 27.02.2024

Rusiya gəmiləri Sevastopola girməyə niyə risk edə bilmir? - Səbəbi izah edildi

"Novorossiyskdəki rus işğalçılarının hərbi dəniz bazası işğal olunmuş Krımda yerləşən və indi "bavovna” (Hərbi jarqonda Bavovna nədir: İnsanlar xalq arasında düşmənə ən yaxın və eyni zamanda ən təhlükəli demarkasiya cəbhəsini belə ifadə edirlər. Bu sözün sinonimi "cəbhə”dir; ona tez-tez hərbi jarqonda da rast gəlmək olar. Ukraynalıların müharibə başlayandan sonar yaratdıqları neologizmlərdən biridir. – Qaynar.) ucbatından düşmənin girməsi təhlükəli olan Sevastopoldan bir sıra cəhətlərə görə əlverişsizdir”. 

Qaynarinfo xəbər verir ki, bu barədə telemarafon zamanı Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk bildirib.

Rus işğalçılarının Novorossiyskdəki hərbi dəniz bazasının Sevastopoldan nə dərəcədə əlverişsiz olması ilə bağlı suala cavab verərkən, o, ilk növbədə, "priçal cəbhəsi" (Böyük limanlarda uzunluğu onlarla kilometr olan limanın yanalma cəbhəsini təşkil edir. Liman konstruksiyalarının ən çox yayılmış növləri liman ərazisini çərçivəyə salan bəndlər və ya əsas liman ərazisi ilə birbaşa quru əlaqəsi olan estakadalar və yerüstü keçidlərdir. – Qaynar.) olduğunu qeyd edib.

Pletençuk qeyd edib ki, "bu gəmilərin yanalması üçün daha az yer var. İkincisi, təbii ki, bu, logistikadır - o, belə sayda gəmilər üçün nəzərdə tutulmayıb". Eyni zamanda, o, vurğulayıb ki, ən mühüm fərq Novorossiyskdə gəmilərə və sualtı qayıqlara "Kalibr” yükləyən sistemin olmamasıdır.

"Əslində qəribədir ki, onlar hələ də bu problemi həll etməyiblər. Amma bu məsələ ilə bağlı təsdiqlənmiş məlumat yoxdur. Yəni ora raketlər gətirə bilərsiniz, amma onları yükləmək üçün heç bir şey yoxdur. Ona görə də bəzən onlar təhlükəyə baxmayaraq Sevastopola daxil olmağa məcbur edilirlər, lakin orada ləngimədən tez də çıxırlar”, - deyə Ukrayna Hərbi Dəniz Qüvvələrinin spikeri əlavə edib.

O, həmçinin qeyd edib ki, Novorossiyskdə Sevastopolda olduğu kimi yaxşı hazırlanmış sosial infrastruktur yoxdur, xüsusən də söhbət kadrların, onların ailələrinin yaşayış yerlərindən, uşaq bağçalarının, məktəblərin, təhsil müəssisələrinin olmasından gedir. "Onların hərbi-dəniz təhsil müəssisələri də Krımda qalır. Yəni kadrların, gələcək zabitlərin hazırlanması, belə demək mümkünsə, Krımda da aparılır. Onlar Krıma çox bağlıdırlar və indi onu əvəz edə bilmirlər", - Pletençuk vurğulayıb.

Bir sıra Rusiya gəmilərinin məhv edilməsindən sonra dənizdəki vəziyyət xeyli dəyişib.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk bildirib ki, Qara dənizdə Rusiya gəmilərinə uğurlu hücumlardan sonra işğalçılar gəmi və qayıq heyətini dağıtmağa və vaxtaşırı onları yenidən yerləşdirməyə başlayıblar. O vurğulayıb ki, düşmən Qara dənizi tamamilə tərk edə bilməz, çünki bu, kapitulyasiya olardı. Ancaq zədələnmiş və ya məhv edilmiş gəmiləri ruslar üçün əvəz etmək çətindir. 

İşğalçılar gəmiləri və qayıqları səpələyir, bazalarını dəyişir və vaxtaşırı gəmiləri bazalar arasında, ilk növbədə, Novorossiysk, Soçi və Tuapsedə yerləşdirirlər. 

Pletençuk qeyd edib ki, Rusiya təhlükəni mükəmməl başa düşür, lakin yenə də Qara dənizdəki tapşırıqları yerinə yetirmək məcburiyyətindədir, çünki onlar akvatoriyanı tamamilə tərk edə bilmirlər, çünki bu, "kapitulyasiya” olardı. 

Dünən Pletenchuk, tam miqyaslı işğalın əvvəlində döyüşə hazır gəmilərin orta sayının 80 vahidə qədər olduğunu bildirib. Onların üçdə birini artıq dağıdılmış hesab etmək olar, on gəmidən çoxu isə təmirdədir. Ancaq buna baxmayaraq, Rusiyanın potensialı hələ də qalır.

Alpər