Dünya 22:01 01.07.2022

Rusiya Saxalin qaz layihəsinə nəzarəti ələ keçirir

Rusiya Saxalin-2 qaz və neft layihəsinə tam nəzarəti ələ keçirəcək.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Prezident Vladimir Putin fərman imzalayıb.
 
Yeni fərman Qərb və onun müttəfiqləri ilə iqtisadi müharibə riskini artırır. Fərman həmçinin Shell və yapon investorlarının sıxışdırılması ilə nəticələnə bilər.

Yeni qərar Shell və iki Yapon ticarət şirkəti Mitsui və Mitsubishi'nin 50%-ə qədər paya sahib olduğu Saxalin-2 lahiyəsinin bütün hüquq və öhdəliklərini öz üzərinə götürmək üçün yeni bir firma yaradır.

Qazprom dünyada mayeləşdirilmiş təbii qaz istehsalının təxminən 4%-ni təşkil edən Saxalin-2-də 50%-dən artıq bir paya malikdir. Shell 27,5%, Yaponiyanın Mitsui şirkəti 12,5%, Mitsubishi isə 10% paya malikdir.

Nurlan Hüseynov