Dünya 17:46 16.03.2023

Rusiya Su-27-si Qara dənizdə ABŞ PUA-sını belə məhv edib: görüntü üzə çıxdı (VİDEO)

ABŞ-ın Avropa Komandanlığı Rusiyanın Su-27 qırıcılarının Qara dəniz üzərində MQ-9 Reaper pilotsuz uçuş aparatına hücumunun məxfi videosunu yayımlayıb. 

Bu barədə Qaynarinfo ABŞ-ın Avropa Komandanlığının YouTube kanalına istinadən xəbər verir.

Video dronun altındakı kamera çəkib. Burada Rusiya qırıcılarının yanacaq atdığı və daha sonra ABŞ PUA-sına hücumu əks olunub.

Rusiyanın Su-27 hücumlarından sonra pilotsuz uçuş aparatı ilə əlaqə qısa müddətə kəsilib. ABŞ-ın Avropa Komandanlığı pilotsuz uçuş aparatı ilə bir dəqiqəlik əlaqənin kəsildiyini və yayımlanan videonun redaktə edildiyini təsdiqləyib.

Yayım bərpa olunanda məlum oldu ki, Su-27 ilə toqquşmadan sonra MQ-9 Reaper-in vintlərindən biri zədələnib.

Nizami Bağırov