Dünya 10:22 22.06.2023

Rusiya Suriya və Türkiyəni barışdırmaq üçün yol xəritəsi hazırladı

Moskva iki tərəf arasında münasibətlərin normallaşdırılması üçün hazırladığı "yol xəritəsi” layihəsini Ankara və Dəməşqə təhvil verib. 
 
Qaynarinfo xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsində Rusiya Federasiyası prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.

"Dörd ölkənin xarici işlər nazirlərinin görüşündən sonra Rusiya tərəfi layihənin əlavə təsdiq üçün hazırlanmasını öz üzərinə götürüb. Belə bir layihə var, o, maraqlı tərəflərə təhvil verilib. Türkiyə, Şam, İran tərəfi var", - o deyib.

Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi əlavə edib ki, layihəyə bəzi düzəlişlər edilə bilər, lakin konsepsiyanın özü qəbul edilib.
Mayın 10-da Moskvada keçirilən görüşdən sonra Rusiya, Türkiyə, Suriya və İranın xarici işlər nazirləri yol xəritəsi layihəsinin hazırlanması barədə göstəriş veriblər, iyunun 20-də isə Astanada Rusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin müavinlərinin görüşü keçirilib və bu məsələyə baxılıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha əvvəl yol xəritəsinin prioritet mövzularını açıqlamışdı. Onların arasında Suriya hökumətinin bütün ölkə ərazisində nəzarətinin bərpası probleminin həlli, Suriya-Türkiyə sərhədinin təhlükəsizliyinin təmin edilməsi, transsərhəd hücumları və terrorçuların sızma ehtimalının aradan qaldırılması da var.

Alpər