Dünya 12:08 09.11.2022

Rusiya Təhlükəsizlik Şurasının katibi İrana getdi

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İrana səfərə gedib.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın "İnterfaks” agentliyi Rusiya Federasiyası Təhlükəsizlik Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Mesajda qeyd edilir ki, o, Tehranda "iki ölkənin təhlükəsizlik şuralarının mütəxəssisləri və bir sıra nazirlik və idarələrin nümayəndələrinin iştirakı ilə təhlükəsizlik üzrə planlaşdırılmış Rusiya-İran məsləhətləşmələri keçirəcək”.

Müharibə Araşdırmaları İnstitutu güman edir ki, İran Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin gəlişi ilə bağlı məlumat dərc etməklə Moskva ilə əməkdaşlığın dərinləşdiyini nümayiş etdirməyə çalışır.

Onlar həmçinin iddia ediblər ki, İran nüvə proqramının həyata keçirilməsinə yardım müqabilində Rusiyanın kamikadze dronların tədarükündən asılılığından istifadə etməyə başlayıb.

Eyni zamanda Sky News xəbər verib ki, Rusiya Ukrayna infrastrukturuna zərbələr endirmək üçün istifadə etdiyi pilotsuz təyyarələr müqabilində Ukraynada ələ keçirilən 140 milyon avro pul və bir sıra Britaniya və Amerika silahlarını İrana verib.

Alpər