Dünya 18:07 03.08.2022

Rusiya Ukraynadakı müharibəyə gündə neçə milyon dollar xərcləyir? - "Forbes"

Avqustun 2-də axşam saatlarında Ukrayna Silahlı Qüvvələri hərbçilərin Rusiyanın səkkiz Kh-101 (Kh-555) qanadlı raketindən yeddisini vurduğunu elan edib. Bu, işğalçı qüvvələrə 91 milyon dollara başa gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" yazır.

Rus raketlərinin dəyərini hesablamaq üçün "Forbes" aşağıdakı hesablamaları aparıb:

X-101 - 13 milyon dollar;
"Kalibr" - 6,5 milyon dollar;
İsgəndər - 3 milyon dollar;
Oniks - 1,25 milyon dollar;
X-22 - 1 milyon dollar;
Toçka-U - 0,3 milyon dollar

Həmin axşam zenit-raket qoşunları 6 raketi məhv edib, biri isə qırıcı tərəfindən vurulub. Qalan yeganə raket Lvov vilayətindəki zenit-raket kompleksinə düşüb.

Daha əvvəl xəbər verildiyi kimi, Rusiya Federasiyası Ukraynadakı müharibəyə gündə təxminən 400 milyon dollar xərcləyir. Ən bahalısı raket və mərmilər, ən ucuzu isə işğalçıların maaşıdır. Bundan əlavə, müharibə günü Rusiya orta hesabla 60 milyon dollarlıq aviasiyasını, 40 milyon dollarlıq tank və zirehli texnikasını itirir.

Alpər